"Real" dünyanın ən yaxşısıdır"

"Real" dünyanın ən yaxşısıdır"

"Real"ın futbolçusu Kərim Benzema İspaniya Superkubokunun yarımfinalında "Barselona"ya qalib gəldikləri matç (3:2) barədə danışıb.

101.az AS-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Kataloniya klubu güclü olsa da, Madrid təmsilçisinin qələbəyə layiq olduğunu bildirib:

"Biz sona qədər oynadıq. Çox çətin idi. "Barselona” çox güclüdür. Bu matç yaxşıdır, Qələbəyə layiq idik. Onlara topu versən, qaytarmırlar. Amma biz ilk dəqiqələrdən mübarizə apardıq. "Real" dünyanın ən yaxşısıdır. Biz qalib gəlməliyik və bu səviyyədə oynamağa davam etməliyik".

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR