Azyaşlını döyən tərbiyəçi işdən çıxarılıb - RƏSMİ

Azyaşlını döyən tərbiyəçi işdən çıxarılıb - RƏSMİ

İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.

Bu barədə "101.az"a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu gündən ləğv edilib.

Nazirlik uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR