Almaniya XİN başçısı Ukraynaya səfər edəcək

Almaniya XİN başçısı Ukraynaya səfər edəcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok yanvarın 17-də Ukraynaya, yanvarın 18-də isə Rusiyaya səfər edəcək.

101.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer bildirib.

Onun sözlərinə görə, səfər müəyyən olunmuş siyasi kontekstdə reallaşacaq.

"Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar təcili qərar qəbul edilməsi, eləcə də müxtəlif danışıqların formatı tələb olunur”, - nazirliyin nümayəndəsi əlavə edib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR