Millimizin iki üzvü karantinə alındı

Millimizin iki üzvü karantinə alındı

Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib.

101.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, komandanın heyətində Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb.

Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR