“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

“Real”ın əfsanəvi futbolçusu Fransisko Xento vəfat edib.

101.az xəbər verir ki, “kral klubu”nun fəxri prezidenti 88 yaşında dünyasını dəyişib.

Qısaca Pako Xento kimi tanınan mərhum futbol tarixində 6 avrokubok qazanan yeganə oyunçudur. O, 1953-1971-ci illər aralığında “Real”ın formasını geyinib, 18 mövsümdə 6 avrokubok, 12 La Liqa, 2 İspaniya kuboku, 1 Qitələrarası Kubok və 1 Kiçik Dünya Kubokunun qalib olub. “Real”da 600 oyun keçirən Gento 182 qol vurub. O, İspaniya yığmasının heyətində 43 beynəlxalq matçda iştirak edib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR