Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.

101.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR