"Toppuş bacı"nın xəstəliyi yenidən baş qaldırdı: Ağciyərdə törəmələr var

"Toppuş bacı"nın xəstəliyi yenidən baş qaldırdı: Ağciyərdə törəmələr var

Toppuş bacı" ləqəbli aktrisa Tünzalə Əliyevanın xəstəliyi yenidən ağırlaşıb.

101.az xəbər verir ki, bu barədə aktrisa "Günün sədası" proqramında deyib. O bildirib ki, uzun müddətdir aldığı kimyaterapiya təsir etməyib:

"Sonuncu dəfə ağciyər və sümükdə törəmələr yaranıb. Şüa aldım, kimyaterapiya olmadım. Amma təsiri olmadı, yenidən məcbur kimyaterapiya etdirdim. O ümidlə yaşayıram ki, yenidən sağalacam. Çalışıram bu ağırlıqları qaldırım. Hərdən ağrılar olanda üzümü örpəklə örtürəm. İnsan içinə çıxanda xəstəliyimi yansıtmamağa çalışıram.Qızım hər dəfə deyir, ana, nə vaxt saçın olacaq? Deyirəm, vitaminlər yeyəcəm olacaq".

Qeyd edək ki, Əməkdar artist bir neçə ildir xərçəngdən əziyyət çəkir.

101.az(unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR