"Bavariya" dünyanın ən yaxşı futbolçusunu transferə çıxarır

"Bavariya" dünyanın ən yaxşı futbolçusunu transferə çıxarır

Almaniya "Bavariya"sı cari mövsümün sonunda futbolçusu Robert Levandovski ilə yollarını ayırmağı planlaşdırır.

101.az "Bild" nəşrinə istinadən xəbər verir ki, polşalı hücumçu Münhen klubu ilə müqavilə müddətini uzatmaqdan imtina edəcəyi halda, transferə çıxarılacaq.

34 yaşlı forvardın son ölkə çempionu ilə 2023-cü ilin yayınadək sözləşməsi var. Onu heyətinə qatmağa əsas namizəd isə Dortmund "Borussiya"sıdır. Klub bu ilin yayında İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilən Erlinq Holannın boşluğunu məhz Levandovski ilə doldurmaq niyyətindədir.

Qeyd edək ki, 2014-cü ildən "Bavariya"da çıxış edən Robert Levandovski FIFA-nın versiyasına əsasən, ardıcıl 2-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR