Şamaxı sakinindən silah və patronları götürülüb

Şamaxı sakinindən silah və patronları götürülüb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakini Azər Mənəfovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və həmin silaha məxsus 3 ədəd patron götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun barəsində qanunamüvafiq tədbir görülüb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR