"Sabah" belaruslu qapıçı ilə müqavilə bağlayıb

"Sabah" belaruslu qapıçı ilə müqavilə bağlayıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

101.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi belaruslu qapıçı Aleksandr Neçayevi transfer edib.

28 yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksandr Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR