DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

101.az DTX-nin saytına istinadla xəbər verir ki, şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunub.

Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR