Hərraclarda qızıl cüzi ucuzlaşıb

Hərraclarda qızıl cüzi ucuzlaşıb

Dünya bazarında qızılın qiyməti ötən gün iki ayın ən yüksək həddinə çatandan sonra cüzi azalıb.

101.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında bugünkü hərrac zamanı qızılın fevral fyüçersi 0,2 faiz ucuzlaşaraq 1.839,5 USD/oz-dan, gümüşün mart fyüçersi də 0,02 faiz bahalaşaraq 24,233 USD/oz-dan satılıb.

Bunları şərtləndirən amillər arasında ABŞ-ın 10 illik dövlət istiqrazlarının (US Treasuries) karlılığının ötən hərracdakı 1,827 faizdən 1,859 faizədək artması göstərilir. Ekspertlərin fikrincə, ötən gün qızılın bahalaşması istiqrazların karlılığının azalması ilə bağlıdır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR