Qar qəzalara səbəb oldu: Xəsarət alanlar var

Qar qəzalara səbəb oldu: Xəsarət alanlar var

Ağsu və Şamaxı rayonları ərazisində yol-nəqliyyat hadisələri baş verib.

101.az-ın məlumatına görə, yağan güclü qar, duman və buz səbəbindən bir neçə avtomobil sürüşərək bir-biri ilə toqquşub və aşıb.

Ağsuda “Mercedes-Benz” və “Hyundai” markalı avtomobillə toqquşub. Eyni zamanda, ərazidə “Mercedes-Benz” markalı avtomobil sürüşərək yolun kənarına düşüb. Xəsarət alan yoxdur.

Şamaxı şəhəri ərazisində isə iki avtomobil toqquşub. Nəticədə iki nəfər xəsarət alıb və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR