"Qarabağ" və "Neftçi" 2021-ci ilin ən yaxşıları arasında

"Qarabağ" və "Neftçi" 2021-ci ilin ən yaxşıları arasında

İFFHS-in 2021-ci il üçün dünyanın ən yaxşı klublarının siyahısını açıqlayıb.

101.az xəbər verir ki, cədvəldə Azərbaycanın iki təmsilçisi yer alıb. Bunlar “Qarabağ” və “Neftçi”dir. Konfrans Liqasında mübarizəni davam etdirən Ağdam təmsilçisi ötən il 133 xalla ən yaxşı 105-ci komanda olub. Qurban Qurbanovun kollektivi 2020-ci illə müqayisədə 42 pillə irəliləyib.

“Neftçi” isə 280 pillə irəliləyib. Paytaxt təmsilçisi bir il əvvəl 543-cü idisə, bu dəfə 78,5 xalla 263-cü yerdə qərar tutub.

Sıralamaya Braziliya klubu başçılıq edir. “Palmeyras” 322 xalla geridə qalan ilin ən reytinqli klubu olub. Braziliyanın digər təmsilçisi “Atletiko Mineyro” isə 313 xalla onu izləyib. İlk “üçlüy”ü “Mançester Siti” (300 xal) qapayıb.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR