Aprelin 23-də doğulan Britaniya taxt-tacının 6-cı varisinin adı bəlli olub

Aprelin 23-də doğulan Britaniya taxt-tacının 6-cı varisinin adı bəlli olub

101.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə Uilyamla Kembric hersoginyası Keyt Middlton üçüncü uşaqlarının adını açıqlayıb. Səsləndirilən iddialar arasında Albert, Artur olsa da, kral ailəsi yeni şahzadəyə Lui Artur Çarlz adını qoyub. Xatırladaq ki, Uilyamla Keytin böyük oğlunun tam adı da Georq Aleksand Luidir. Bu ad kraliça II Yelziavettanın atası kral VI Georqa məxsusdur. Lui adı isə şahzadə Filippin dayısı Luis Mauntbettenin adından götürülüb.

Uilyamla Keytin yeganə qızı isə Şarlotta Yelizavetta Diana adlanır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR