Avtobuslarda gedişhaqqı aşağı salınsın - TƏKLİF

Avtobuslarda gedişhaqqı aşağı salınsın - TƏKLİF

İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslarda oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər.

101.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda kondisioner probleminə münasibət bildirərkən deyib. O təklif edib ki, kondisionerlər işləmədiyinə görə avtobuslarda gedişhaqqı aşağı salınsın:

“Hiss olunur ki, hamının tər dabanlarından axır. Bəhanə edirlər ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 21-ci əsrdir. Bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət endirimi kampaniyası”.



101.az (Axar.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR