Cənubi Koreyada atıcılıq üzrə Dünya Kuboku davam edir

Cənubi Koreyada atıcılıq üzrə Dünya Kuboku davam edir

101.az xəbər verir ki, aprelin 23-də start götürən mübarizədə güllə atıcılarının yarışı başa çatıb.

Lakin Azərbaycan yığması hələlik medal qazana bilməyib. Belə ki, 10 m və 25 m məsafələrdə hədəf önünə keçən Ruslan Lunyov ümidləri doğrultmayıb. Həmyerlimiz müvafiq olaraq, 36-cı və 19-cu yeri tutub.

Stend atıcıların yarışı isə davam edir. Ölkəmiz skit növündə Niyaz Ağazadə, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova, Regina Meftahətdinova, trap növündə isə Əli Hüseynli və Aydan Camalova ilə təmsil olunur. Sonuncu 2 snayper qarışıq cütdə də dəqiqliyini yoxlayacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR