Ərəb koalisiyası Səna şəhərinə zərbələr endirib

Ərəb koalisiyası Səna şəhərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Sənanı bombalayıb.

101.az xəbər verir ki, xusilərin “Ənsər Allah” hərəkatı rəhbərlərinin görüşü keçirilən yerə endirilən zərbələr nəticəsində ən azı 38 nəfər həlak olub.

Qırıcılar Yəmənin paytaxtındakı “Ən-Nəcda” hərbi düşərgəsinə ən azı 10 zərbə endiriblər. Düşərgə XİN binası, hökumət binası və siyasi kəşfiyyat ofisi yaxınlığında yerləşir.

Səna şəhəri 2015-ci ildən üsyançı xusilərin nəzarəti altındadır.Bombardman nəticəsində isə hərəkatın 38-dən çox yüksək rütbəli üzvü həlak olub.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR