Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib
Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəliblər.
101.az-ın məlumatına görə, 73 kq-da çıxış hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlib.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər