Çingiz Abdullayev: "Kitabın qəhrəmanını mənə bənzədirlər, lakin mən heç vaxt "Oliqarx" olmamışam"

Çingiz Abdullayev: "Kitabın qəhrəmanını mənə bənzədirlər, lakin mən heç vaxt "Oliqarx" olmamışam"

7 may 2022-ci il tarixdə Gəncədə Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin müavini, Xalq yazıçısı Çingiz Abdullayevin yeni "Oliqarx" adlı kitabının “imza günü” keçirilib. Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyəti də iştirak edib.

Çingiz Abdullayev Gəncə və gəncəlilərlə hər zaman fəxr etdiyini bildirib və 101.az-a kitab barəsində öz fikirlərini bölüşüb:
"Adətən kitabın qəhrəmanını mənə bənzədirlər. Lakin mən heç vaxt "Oliqarx" olmamışam. Ümumiyyətlə həmişə insan çətin vəziyyətə düşən zaman özünü necə aparacağı məqamları məni düşündürüb. Əgər hər hansı bir şəxs anidən milyonçu olarsa o, xoşbəxt olur, ya yox? Mənim fikrimcə olmur. Pul yaşamaq üçün insana kömək edə bilər, lakin heç vaxt xoşbəxt edə bilməz. Bu, mənim şəxsi fikrimdir" -deyə yazıçı bildirib.

Maraqlı müzakirələr, sual-cavab, səmimi söhbət mühitində davam edən tədbirdə, 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz Zəfərdən də bəhs olunub. Biz xalq olaraq heç vaxt məğlubiyyətlə razılaşmamışıq deyən yazıçı Qarabağı görməyən, lakin bütün varlığı ilə Vətənini, torpağını sevən gənc qəhrəmanların sayəsində qələbə əldə etdiyimizi qeyd edib. O, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyib.

Bununla yanaşı, yazıçı öz həyat təçrübəsini gənclərlə bölüşüb. Onlara daim mütaliə ilə məşğul olmağı, savadlı mütəxəssis kimi yetişməyi və gələcəkdə Vətənimiz naminə daha böyük işlərə imza atmaqlarını tövsiyə edib.

Xatırladaq ki, Çingiz Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. Rus, ingilis, italyan dillərində sərbəst danışır. "Şöhrət" ordenli böyük alim Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyada məşhur dedektiv yazıçısı və publisistdir. 194 kitabın müəllifi olan yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb.

Qeyd edək ki, 2007-ci ildə “Eksmo” (“Эксмо”) nəşriyyatında rus dilində çap olunan kitab bu il "Teas Press" Nəşriyyat evində Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim olunub. Təqdimat “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Gəncə fillialında gerçəkləşib. Kitab kasıb jurnalist Rinat Şaripovun qəfildən milyarderə çevrilməsindən bəhs edir. Onu da bildirək ki, kitabdın satışından əldə edilən mənfəət müəllif tərəfindən “YAŞAT” Fonduna ianə ediləcək.















101.az




Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR