"Onu harada görsəm..." - Elzadan küsülü olduğu Nazpəri haqda

"Onu harada görsəm..." - Elzadan küsülü olduğu Nazpəri haqda

"Öz aləmimdə bu küsülülüyə son qoydum. Onu görsəm qucaqlayacam. Rahat olsun ki, onu çox istəyirəm".

101.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan Xalq artisti Nazpəri Dostəliyevanın ünvanına deyib. Müğənni bir vaxtlar qalmaqal yaşadığı Dostəliyevaya "Şourum" proqramında barışıq addımı atıb:

"Zamanında deyib, mən də cavab vermişəm. Qaldı keçmişdə. Allah bundan sonra balalarını ona çox görməsin. Oğlanlarının adı oğlumun adındadır - Əliəkbər. Sənətinə gəlsin, mahnımız var idi. İstəyərəm ki, həmin mahnını oxusun - "Kəmfürsət taleyim". O vaxt məşq də etmişdik, yarımçıq qaldı".

Qeyd edək ki, Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan arasında qalmaqalın təməli “Azərbaycanın səsi” mahnı yarışmasında qoyulub. Hər iki ifaçı sözügedən yarışmada münsif kürsüsündə oturub. Mübahisənin səbəbi N.Dostəliyevanın yarışmada Elzanın tələbələrinin adını çəkməməsi olub.

Elzanın "Nazpəri xanım, hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim "Qadasını aldığım" və "Ömrümdən getmə" mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub" sözlərinə N.Dostəliyeva gülərək reaksiya verib. "Yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm" deyən, Dostəliyeva studiyanı tərk edib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR