"Avroviziya 2022"də finala çıxan ölkələrin - Siyahısı

"Avroviziya 2022"də finala çıxan ölkələrin - Siyahısı

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

101.az xəbər verir ki, yarışmada Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistandan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar.

Finala isə 10 ölkə - İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistan vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də ikinci yarımfinalda çıxış edəcək. Müsabiqənin finalı isə mayın 14-də olacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR