Lənkəranda 21 yaşlı gənc intihar edib

Lənkəranda 21 yaşlı gənc intihar edib

Lənkəranda 21 yaşlı gənc intihar edib.

101.az-ın verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Həsən İlham oğlu Həsənzadə yaşadıqları evin həyətindəki tövlədə özünü asıb.

Ailə üzvləri hadisədən bu gün səhər saatlarında xəbər tutublar.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR