"Məndən qızıma miras qalanlar yetər ona" - Aygün Kazımova

"Məndən qızıma miras qalanlar yetər ona" - Aygün Kazımova

"Elə sənətçilər var ki, qazanır işinə xərcləyir, eləsi də var hər hansı arzusu, problemini həll edir. O sənətçilərdənəm ki, nə qədər çox qazancım olsa, bir o qədər də layihələrim olur. Bundan həzz alıram”.

101.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “10-da görüşək” proqramında deyib.

“Düşünürəm ki, etdiklərim doğrudur. Məndən sonra mirasım, tutaq ki, evim və sair, qızıma qalanlar yetər ona. Qalan şeylər, bunlar mal-mülkdür, Süleymana qalmayan dünya kimə qalacaq? Amma yaşayan olacaq mahnılarım, kliplərim, filmlərim, konsertlərim. Onlar ömür boyu yaşayacaq. Əşya isə xarab olub gedəcək" deyə, o, bildirib.

A.Kazımova canlı əfsanə olması ilə bağlı suala isə belə reaksiya verib:

"Vaxt keçdikcə, artıq görürlər. Çünki zaman hər şeyi göstərir, önə çıxarır. Bunu deyən insanlara minətdaram. Əfsanələşmə deyəndə yəqin ki, bu yol oraya gedir. Yəqin ki, bizim əfsanə, dahi səbətkarlarımız da bu yolları belə keçiblər. Yəqin ki, mənim yolumda gedib "Əfsanə xanım"ın evinə çatar".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR