"Allahın verdiyi övlada qarşı çıxdım, peşmanam" - Mətanət Əsədova

"Allahın verdiyi övlada qarşı çıxdım, peşmanam" - Mətanət Əsədova

Müğənni Mətanət Əsədova "1 dəqiqə" verilişində qonaq olub.

101.az xəbər verir ki, ifaçı övladını dünyaya gətirməkdən imtina etdiyini etiraf edib:

"Allahın verdiyi övlada vaxtında qarşı çıxdım. Çox peşmanam. İndi də gec deyil. Amma mənim güvənim yoxdur. Olsun, tək qalım. Özüm-özümü aldadıb, camata xoş olsun, efirdəyəm, məni belə sevəcəklər, birdən kimsə saymaz, bunlar mənə lazım deyil. İçim-içimi yeyincə özümü aldada bilmərəm həyatda. Nə də imkan verərəm ki, kimsa məni aldatsın. Niyə gözümlə görə-görə uçuruma atım özümü?

Belə alındı. Hamının həyatında enişli-yoxuşlu yollar olub. O bir qismət, alın yazısı idi, alınmadı. Deməli hələ Allah bunu mənə rəva bilmir. İstər həyatda, istər sevgidə, istər atdığım addımda ağlımla fikirləşmədim, ürəyimlə yanaşdım. Bu da mənim axırıma çıxdı".



101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR