Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk növbəti oyunu da buraxacaq.

101.az Plotsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavol Stano bildirib.

45 yaşlı mütəxəssis Krivotsyukun zədə səbəbindən mayın 13-də "Krakoviya" ilə Ekstraklasanın XXXIII tur matçına da çıxmayacağını söyləyib. Polşalı baş məşqçi oyunçunun 100 faiz hazır olmadığını bildirib.

Qeyd edək ki, "Visla" 32 oyundan 45 xalla 6-cı pillədə qərarlaşıb. Krivotsyuk son olaraq aprelin 16-da "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşdə meydana çıxıb. 24 yaşlı müdafiəçi bu matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb və növbəti tur Krakov "Visla"sı ilə qarşılaşmanı da buraxmalı olub.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR