Ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

Ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir.

101.az-ın xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR