Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk qaliblər müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk qaliblər müəyyənləşib

Şüvəlandakı Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən "101.az"a verilən məlumata görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-ləri təmsil edən 150-dək gənc atlet iştirak edir.

İlk yarış günündə qızların mübarizəsində bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 kq və 55 kq, həmçinin, 17 yaşadək oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək.

Artıq ilk mükafatçılar müəyyənləşib. Yaşı 15-dək olan qızlar arasında 40 kq çəki dərəcəsində Gülşən Hüseynova, 49 kq-da Türkan Qənbərzadə, 64 kq-da Zəhra Niftəliyeva, 76 kq-da Arzu Qədimova, yaşı 17-dək olan qızlar arasında isə 49 kq-da Selcan Qarayeva, 76 kq-da Rəhilə Hüseynzadə qızıl medala layiq görülüb.

Yarışın keçirilməsində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə, kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, şəhər və rayonlarda, idman cəmiyyətlərində, klublarda və mərkəzlərdə inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağırlıqqaldıranların aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığmaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR