Rusiya Futbol İttifaqı Millətlər Liqasına görə CAS-a müraciət edəcək

Rusiya Futbol İttifaqı Millətlər Liqasına görə CAS-a müraciət edəcək

Rusiya Futbol İttifaqı (RFS) yığmanın UEFA Millətlər Liqasından kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

101.az TASS-a istinadən xəbər verir ki, bu barədə RFS-in prezidenti Aleksandr Dyukov jurnalistlərə açıqlamasında bildirib.

55 yaşlı funksioer Avropa futbol qurumunun qərarları ilə razılaşmadıqlarını söyləyib.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırıb. Daha əvvəl "Zenit", MOİK, "Soçi" və "Dinamo" (Moskva) klubları məsələ ilə bağlı CAS-a müraciət ünvanlayıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR