YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov “Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyəti ilə görüşüb

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov “Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyəti ilə görüşüb

“Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvar Osmanov Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov ilə görüşüb.

Görüşdə təşkilatın sədrinə “Gəncə İdman Klubu”nun fəaliyyəti, əldə olunan nailiyyətlər və gələcək planlar barədə məlumat verilib. Görüşdə gənclərin idmana cəlb olunması, sağlam və vətənpərvər gəncliyin yetişməsi üçün birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin klubun yeni bazasında təmir-bərpa işlərinin aparıldığı Ramil Orucovun diqqətinə çatdırılıb. Qeyd olunub ki, klubun bazasında idmançıların məşq etməsi üçün hər cür şərait yaradılacaq. İdman qurğusu beynəlxalq standartlara tam cavab verəcək.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov görüşün əhəmiyyətini və klubun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Təşkilatın sədri ​ əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasətinin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirildiyini, idmançılarımızın beynəlxalq arenadakı uğurlu çıxışını və Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb.​

Ramil Orucov gənclərin pis vərdişlərdən uzaqlaşması, asudə vaxtlarının səmərəli təşkil olunması və vətənpərvərlik sahəsində maarifləndirilməsi istiqamətində təşkilatın kluba həmişə dəstək olacağını vurğulayıb.
Görüşdə klubun Hüquq sektorunun müdiri Sərxan Sadıxov da iştirak edib.







101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR