Azərbaycan Prezidenti Rizə-Artvin Hava Limanının açılışında çıxış edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Rizə-Artvin Hava Limanının açılışında çıxış edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərasimində çıxış edib.

“101.az” xəbər verir ki, dövlət başçısı iki ölkə arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini bildirib.

İlham Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrin müttəfiqlik səviyyəsində yüksəldiyini vurğulayıb.

****
Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilir.

101.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Açılış mərasimində əvvəlcə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu və hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli İldırım çıxış ediblər. Onlar hava limanının tikintisi üçün görülən işlər və onun əhəmiyyətindən danışıblar.

Daha sonra dövlət başçıları çıxış edəcəklər.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR