Xaçmazda oğul atasını qətlə yetirib

Xaçmazda oğul atasını qətlə yetirib

Xaçmazda oğul 59 yaşlı atasını öldürüb.

101.az-ın məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Beləki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov aile münaqişəsi zəmnində öz oğlu Pərvin Neymətov tərəfindən bıcaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR