“Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək

“Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.

“101.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok G7-nin xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısından sonra bildirib.

Onun sözlərinə görə, G7-nin XİN başçıları Ukrayana lazım olan silah-sursatı tədarük edəcəklərinin bir daha təsdiqləyiblər. Nazirlər bildiriblər ki, Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın inkişaf perspektivini pisləşdirib.

Qeyd edək ki, G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR