Ukrayna "Eurovision-2022"nin qalibi oldu

Ukrayna "Eurovision-2022"nin qalibi oldu

İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” mahnı müsabiqəsinin qalibi bəlli olub.

101.az xəbər verir ki, 25 ölkənin qatıldığı müsabiqənin finalında səsvermənin nəticələri açıqlanıb.

Belə ki, yekunda 631 xal toplayan Ukrayna təmsilçiləri yarışın qalibi olublar.

İkinci və üçüncü yerləri müvafiq olaraq 466 və 459 xal toplayan Böyük Britaniya və İspaniya təmsilçiləri tutublar.

“İlk beşliy”i İsveç (438) və Serbiya (312) qapadıb.

xxx

İtaliyanın Turin şəhərində “Eurovision-2022” müsabiqəsinin finalı başlayıb.

101.az xəbər verir ki, müsabiqənin təşkilatçıları tərəfindən elan edilən finalın proseduru açıqlanıb.

Finalda 25 iştirakçı ölkənin nümayəndələri mübarizə aparır: 20 finalçı, həmçinin müsabiqənin təsisçiləri olan Böyük Beşlik ölkəsi - Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və Almaniya avtomatik olaraq finala çıxır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR