"Mançester Siti" səfərdə xal itirdi

"Mançester Siti" səfərdə xal itirdi

Mayın 15-də Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunun oyunlarına start verilib.

101.az xəbər verir ki, turnir cədvəlinin lideri "Mançester Siti" səfərdə "Vest Ham Yunayted" komandasının qonağı olub.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Bu nəticədən sonra xal ehtiyatını 90-a çatdıran Mançester təmsilçisi liderliyini davam etdirir. 56 xalı olan "Vest Ham Yunayted" 7-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən "Liverpul" isə 86 xalla ikinci yerdədir.

Beləliklə, Premyer Liqanın qalibinin adı son turda müəyyənləşəcək.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Tottenhem" - "Börnli" - 1:0;

"Aston Villa" - "Kristal Palas" - 1:1;

"Lids Yunayted" - "Brayton" - 0:1;

"Vatford" - "Lester Siti" - 1:5;

"Volverhemton" - "Norviç Siti" - 1:1.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR