Flora Kərimova illər əvvəl "Leyli" obrazında - Fotolar

Flora Kərimova illər əvvəl "Leyli" obrazında - Fotolar

Xalq artisti Flora Kərimova "Leyli" obrazını canlandırdığı vaxtlara aid arxiv fotolarını instaqram hesabında izləyiciləri ilə bölüşüb.

101.az xəbər verir ki, şəkillərdə mərhum sənətçilər Xalq artisti, tarzən Bəhram Mansurov və Xalq rəssamı Mikayıl Abdullayev yer alıb. F.Kərimova illər əvvəl lentə alınan görüntüləri belə şərh edib:

"Bir neçə gün öncə Azərbaycan İncəsənət Müzeyində Mikayıl Abdullayevin fərdi sərgisində təsadüfən öz şəklimi gördüm. Şəkildə sağ tərəfimdə Mikayil Abdullayev, solumda isə Bəhram Mansurov dayanmışdı. "Leyli" olduğum zamanın səhnə tərtibatını Mikayıl bəy veribmiş. Düşündüm ki, dahilərin əlindən tutub səhnəyə çıxardığı insan olmaq bir başqa xoşbəxtlikdir sənətkar üçün!"







101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR