Baş Prokurorluq Qarabağ Dirçəliş Fonduna 300 min manat ianə edib

Baş Prokurorluq Qarabağ Dirçəliş Fonduna 300 min manat ianə edib

İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Baş Prokurorluğu tərəfindən Qarabağ Dirçəliş Fonduna 300 000 manat məbləğində ianə edilib.

101.az-ın məlumatına görə, Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Azərbaycan Baş Prokurorluğunun rəhbərliyinə və kollektivinə təşəkkür edib və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR