AFFA rəsmisi Almaniya millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Almaniya millisinin oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.

101.az-ın məlumatına görə, o, mayın 19-da keçiriləcək A qrupunun Almaniya - Lüksemburq matçında UEFA nümayəndəsi olacaq.

Məhərrəmov daha əvvəl B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya qarşılaşmalarında iş başında olub.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-də başa çatacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR