Putin Türkmənistan Prezidentini təltif edib

Putin Türkmənistan Prezidentini təltif edib

Rusiya Prezidenti Vladimir Putin türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovu təltif edib.

“101.az” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Dövlət başçısının sərəncamına əsasən, Türkmənistan lideri Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.

Xatırladaq ki, S.Berdiməhəmmədov martın 12-də Türkmənistan Prezidenti seçilib. O bu vəzifədə atası Qurbanqulu Berdiməhəmmədovu əvəzləyib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR