Amber məhkəmədə yalan danışdığını etiraf etdi

Amber məhkəmədə yalan danışdığını etiraf etdi

Hollivud ulduzu Conni Depplə keçmiş həyat yoldaşı Amber Hard arasındakı qalmaqal bitmək bilmir.

101.az xarici mediaya istinadən xəbər verir ki, Amber əvvəl məhkəmədə yalan danışdığını etiraf edib. O, Connidən aldığı təzminatı xeyriyyə məqsədiylə xərcləmədiyini deyib. 2016-cı ildə cütlüyün boşanma prosesi zamanı 7 milyon dollarlıq razılaşma əldə edilmiş və Amber vəsaiti 2018-ci ilə qədər tam alıb. Sonra o, bu pulu xeyriyyə fonduna bağışlayacağını vəd edib.

O, bunun günahkarının da Depp olduğunu deyib.

Qeyd edək ki, hazırda Conni ilə Amber arasındakı məhkəmə davam edir. Aktyor Harddan 50 milyon təzminat tələb edir.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR