"Yasak elma"dan ayrılır - Foto

"Yasak elma"dan ayrılır - Foto

Türkiyədə beş mövsümdür yayımlanan və ən reytinqli seriallardan olan "Yasak elma"da növbəti gözlənilməz ayrılıq yaşanacaq.

101.az xəbər verir ki, ekran işinə "Ender" obrazına həyat verən aktrisa Şevval Şam vida edəcək. Bildirilib ki, aktrisa diqqətini bir müddət musiqi karyerasına yönəltmək istəyir.

Xatırladaq ki, serialın baş rollarını Eda Ece və Biran Damla Yıldız paylaşır.

Qeyd edək ki, Şevvalın yaxın zamanda baş rolunu Məryəm Üzərlinin canlandıracağı "RU" serialında da rol alacağı məlum olub.



101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR