Brilliant Dadaşovanın geyimlərini o hazırlayıbmış - Fotolar

Brilliant Dadaşovanın geyimlərini o hazırlayıbmış - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın solo konserti baş tutub.

101.az xəbər verir ki, müğənninin çıxışı qədər geyimləri də müzakirələrə səbəb olub. Dadaşova konsertində iki libas dəyişib.

İfaçının libaslarının müəllifi isə stilist Elnur Həsənovdur. Elnur bildirib ki, uzun müddət sözügedən paltarların eskizi üzərində çalışıb. Atelyelərdən birində tikilən paltarların bəzi detalları isə xaricdən gətizdirilib.

Müğənninin tünd rəngli geyimləri uzun ayaq yarığı ilə diqqət çəkib. İfaçının konsertdəki saç-makiyajını da Elnur Həsənov edib.











101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR