Lionel Messi seriala çəkilib

Lionel Messi seriala çəkilib

Argentina millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi serialda rol alıb.

"101.az" "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Latın Amerikasının "Müdafiəçilər" serialının çəkilişlərində iştirak edib.

Forvard serialın ikinci mövsümündə epizodik rolda çəkilib. Bu səhnə 2023-cü ildə efirə çıxacaq.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından PSJ-yə keçib. Argentina yığmasının bombardiri olan oyunçu milli komanda forması ilə 162 matçda 86 qolla yadda qalıb.


101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR