Avropa çempionatı: Azərbaycanın minifutbol yığması final oyununa çıxır

Avropa çempionatı: Azərbaycanın minifutbol yığması final oyununa çıxır

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

101.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 22:15-də start götürəcək. Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzub.

Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR