Ukraynalı qapıçı millidəki karyerasını başa vurur

Ukraynalı qapıçı millidəki karyerasını başa vurur

"Şaxtyor" (Donetsk) klubunda çıxış edən Andrey Pyatov Ukrayna millisindəki karyerasını başa vurur.

101.az-ın məlumatına görə, 38 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Oyunçu Ermənistana qarşı UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda sonuncu dəfə yığmanın formasını geyinə bilər.

Qeyd edək ki, Andrey Pyatov 2007-ci ildə millidə debüt edib. Bu gün keçiriləcək Ukrayna - Ermənistan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR