Azərbaycan Qran Prisində tibbi xidmətlərin təşkilinə 125 tibb işçisi təhkim olunub

Azərbaycan Qran Prisində tibbi xidmətlərin təşkilinə 125 tibb işçisi təhkim olunub

TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları Bakı şəhərində təşkil olunan 2022 Formula 1 Azərbaycan Qran Prisi yarışlarında Bulvar və İçərişəhər ərazisində yaradılmış 4 səyyar həkim məntəqəsində 15 tibb işçisi 08.00-dan 24.00-a qədər növbəli xidmət göstərir.

101.az-ın xəbərinə görə, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün 8, idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobili (hər ambulansda 3 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla ümumilikdə 110 tibb işçisi) təhkim olunub.

Yarış müddətində (10-12 iyun) Mərkəzi Nefçilər Xəstəxanasında tibbi xidmət Beynəlxalq Avtomobil Federasiyanın tələblərinə və dünya standartlarına uyğun təşkil edilib.

Qeyd edək ki, Formula 1 yarışları Bakı şəhərində 6-ci dəfədir keçirilir. Yarışların yerli təşkilatçısı isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətidir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR