Gəncədə  "Pianoçular festivalı" keçirilib

Gəncədə "Pianoçular festivalı" keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Pianoçular Festivalı” keçirilib.Tədbir şəhərin Heydər Əliyev Mərkəzində gerçəkləşib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolos İaşvili, millət vəkili Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, YAP Gəncə şəhər Təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri olan 15 İyun – Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Gəncə Dövlət Universitetinin dissertantı Aynur Şixiyeva “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda çıxış edib. Çıxışlardan sonra Milli Qurtuluş Günü ilə bağlı videoçarx nümayiş olunub.

Festivalda Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq Musiqi Məktəblərinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, Əməkdar artist Kəmalə Tağızadənin, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, gənc pianoçu Mürsəl Əsgərzadənin ifasında musiqi nömrələri səsləndirilib.

Festivalın sonunda iştirakçılar Milli Qurtuluş Gününə həsr olunmuş "Pianoçular Festivalının" yüksək səviyyədə təşkil olunmasında göstərdikləri fəallığa görə fəxri fərmanlarla təltif ediliblər.

Sonda xatirə şəkli çəkdirilib.




























101.az




Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR