Gəncədə nümayiş olunan “Min bir gecə”  baleti böyük maraqla qarşılanıb

Gəncədə nümayiş olunan “Min bir gecə” baleti böyük maraqla qarşılanıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında “Min bir gecə” 2 pərdəli balet nümayiş olunub.

Tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk,Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, millət vəkili Müşfiq Cəfərov, mədəniyyət işçiləri, şəhər ziyalıları və sakinləri iştirak ediblər.

Fikrət Əmirovun yaradıcılığında xüsusi yer tutan və bəstəkara dünya şöhrəti qazandıran, gözəl musiqiyə malik “Min bir gecə” baleti eyniadlı nağılın motivləri əsasında hazırlanıb. Tamaşa melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə tamaşaçılarda böyük maraq oyadıb və anşlaqa səbəb olub.

Qeyd edək ki, baletin Libretto müəllifləri Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlar, truppanın bədii rəhbəri, Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı Kamilla Hüseynova, quruluşçu rəssam, Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov, geyim üzrə rəssam, Xalq artisti Tahir Tahirov, tamaşanı idarə edən Əməkdar artist Yuri Lobaçevdir.

Tamaşada əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Nigar İbrahimova (Şəhrizad) və Cəmilə Kərimova (Nuridə) ifa ediblər. Digər rollarda balet truppasının aparıcı solistləri Seymur Qədiyev (Nuridənin sevimli qulu), Ayan Eyvazova (Gözəl Budur), Timur Oduşev (Ələddin), İslam Məmmədov (Quldurbaşı), Dinara Şirinova (Qız), Liana Mirabdullayeva (Mərcanə), İntiqam Məmmədov (Rux quşu) və başqaları çıxış ediblər.

Xatırladaq ki, “Min bir gecə” baletinin nümayişi Prezident İlham Əliyev tərəfindən imzalanmış, görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında 2022-ci il 15 mart tarixli Sərəncamın icrası məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən həyata keçirilib.





















101.az


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR