Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1 000-i ötüb

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1 000-i ötüb

Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

“101.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə əyalətin mədəniyyət və informasiya idarəsinin rəisi Amin Huzayfa bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 1 500 nəfərə yüksəlib, bir çox kəndlər məhv olub.

****
Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.

“101.az” "TOLOnews" xəbər verir ki, bunu ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.

Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb.

****
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

“101.az” Qətərin “Al Jazeera” televiziyasına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR