Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə "101.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplanışda hərbi hissələrdə hüquq hazırlığının təşkili, hərbi qulluqçuların və vətəndaşların müraciətlərinə baxılması, hərbi intizamın möhkəmləndirilməsi işinin əsas aspektləri və digər mövzular üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd iştirakçıların hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsidir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR